“Bavariya” və “Milan” 1/4 finalda
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Bu gün daha 2 qarşılaşma baş tutub.
“Bavariya” 1:0-ın revanşında PSJ-ni qəbul edib. Matç qarşılıqlı hücumlarla keçib. Hesab 2-ci hissədə açılıb. Erik Maksim Çupo-Motinq meydan sahiblərini önə keçirib. Almaniyalılar daha bir qol vurmağı bacarıb. Serj Qnabri oyunda son nöqtəni qoyub – 2:0.
“Tottenhem” isə ilk matçda minimalhesabla məğlub olduğu “Milan”ı qonaq edib. Tərəflər açıq futbola üstünlük verib. Hər iki komanda hücumlar təşkil etsə də, hesab açılmayıb – 0:0.
Beləcə, “Bavariya” və “Milan” 1/4 finala yüksəlib.