“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Bu gün 4 matç baş tutub.
“Milan” “Feyenoord”u qəbul edib. Görüşdə qollu bərabərlik qeydə alınıb. Bu hesab Rotterdam təmsilçisinə sərf edib. Komanda 1/8 final mərhələsinə yüksəlib.
“Bavariya” Münhendə “Seltik”i sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən matç 1:1 hesabı ilə nəticələnib.
“Brügge” səfərdə “Atalanta”dan güclü olub. Komanda rəqibini 3:1 hesabı ilə üstələyib.
“Benfika” isə “Monako” səddini adlayıb. İlk oyunda minimalhesablı qələbəyə sevinən portuqaliyalılar cavab görüşündə 3:3 hesablı heç-heçəyə nail olub. Komandanın heyətində Kerem Aktürkoğlu və Orkun Kökçü də fərqlənib.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
18 fevral
“Milan” (İtaliya) – “Feyenoord” (Niderland) 1:1
İlk oyun 0:1
“Atalanta” (İtaliya) – “Brügge” (Belçika) 1:3
İlk oyun 1:2
“Bavariya” (Almaniya) – “Seltik” (Şotlandiya) 1:1
İlk oyun 2:1
“Benfika” (Portuqaliya) – “Monako” (Fransa) 3:3
İlk oyun 1:0