“Bavariya” Raysa elçi düşdü
“Vest Hem”in futbolçusu Deklan Rays daha bir klubun transfer siyahısına düşüb. Yarımmüdafiəçiyə “Bavariya” da müştəri çıxıb.
Almaniya klubu Raysı yayda heyətinə qatmaq istəyir. Münhenlilərin baş məşqçisi Tomas Tuxel ingiltərəli futbolçunu sərəncamında görmək arzusundadır.
Mütəxəssis “Çelsi”də çalışdığı vaxt da onun transferini rəhbərlikdən istəyib. “Bavariya”nın bu keçidi reallaşdırmasına “Vest Hem”in maliyyə tələbləri mane ola bilər. Londonlular Rays üçün 100 milyon avro istəyir.
Deklanın xidmətində “Arsenal” da maraqlıdır. “Topçular” keçidlə bağlı danışıqlara da başlayıb.