“Bavariya” Qavini istəyir
“Bavariya” orta sahəyə gənc oyunçu almaq fikrindədir. Münhen klubu “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə bağlı vəziyyəti izləyir. Onun müqaviləsinə 2022-ci ilin yayına qədər 50 milyon avroya satın alma opsiyası daxildir.
Kataloniyalılar və Qavi 2023-cü ilin yayına qədər olan müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmirlər. Futbolçunun özü klubdan ayrılmaq istəmir.
17 yaşlı ispaniyalı bu mövsüm komandanın heyətində 34 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.