“Bavariya” “Qalatasaray”la danışıqlar aparır
“Bavariya” heyətini gücləndirmək niyyətindədir. Klub “Qalatasaray”ın müdafiəçisi Saşa Boy ilə maraqlanır.
Tərəflər onun transferi barədə danışıqlar aparır. Münhenlilər təklifini 30+2 milyon avroya çatdırıb. Boy bu gün səhər saatlarında “Qalatasaray”ın bazasına gəlib. O, “Bavariya”ya keçmək üçün icazə gözləyir, lakin klublar arasında hələlik razılıq yoxdur.