“Bavariya” PSJ-yə rəqib oldu

“Bavariya” PSJ-yə rəqib oldu

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir. 1/8 finalın növbəti matçında “Flamenqo” və “Bavariya” komandaları qarşılaşıb.

Harri Keynin dubl etdiyi oyunda Almaniya çempionu 4:2 hesabı ilə qalib gələrək adını səkkiz ən güclü komandaların siyahısına yazdırıb.

“Bavariya” 1/4 finalda UEFA Çempionlar Liqasının qalibi PSJ ilə qarşılaşacaq.

Vaxtilə “Qarabağ”ın formasını geyinmiş Juninyo “Flamenqo”da ehtiyatda qalıb.

FIFA klubların dünya çempionatı
1/8 final
30 iyun
00:00. “Flamenqo” – “Bavariya” 2:4

ETOPAZ

Əvvəlki yazı

PSJ 1/4 finalda

Növbəti yazı

“İmişli”də 6 ayrılıq