“Bavariya” PSJ-nin rekordunu təkrarladı
“Bavariya” Çempionlar Liqasında rekorda imza atıb. Almaniya təmsilçisi ilk 4 turda 17 qol vurub. Münhen klubu Portuqaliya “Benfika”sı üzərində 5:2 hesablı qələbə ilə bu göstəriciyə çatıb.
Bununla da “Bavariya” turnirin rekordunu təkrarlayıb. 2017/18 mövsümündə PSJ də 17 qola imza atıb.
Xatırladaq ki, Münhen təmsilçisi bu qələbə ilə 1/8 finala vəsiqəni təmin edib.