“Bavariya” müdafiəçi alır
“Bavariya” “Yuventus”un müdafiəçisinə elçi düşüb. Almaniyalılar 31 yaşlı Danilonu heyətə cəlb etməyə çalışır.
Münhen təmsilçisində Bencamin Pavardın müqaviləsi yayda başa çatır. “Bavariya” müdafiə xəttinin zəifləməməsi üçün braziliyalı futbolçunun keçidində maraqlıdır.
Danilo “Yuventus”a 2019-cu ildə İngiltərə “Mançester Siti”sindən 37 milyon avroya transfer olunub. Bu mövsüm “qoca sinyora”nın heyətində 22 oyun keçirən futbolçu 1 qol vurub, 2 assist edib.