“Bavariya” “Milan”ın rekordunu təkrarladı

“Bavariya” “Milan”ın rekordunu təkrarladı

“Bavariya” Bundesliqanın 8-ci turunda Münhenqladbax “Borussiya”sını 3:0 hesabı ilə məğlub edib.

Vinsen Kompaninin komandası cari mövsümdə keçirdiyi bütün 13 oyunda qalib gələrək top-5 liqalar arasında rekordu təkrarlayıb. Bu rekord 1992/93 mövsümündə 13 qələbə ilə “Milan” tərəfindən müəyyənləşdirilmişdi.

Qeyd edək ki, “Bavariya” turnir cədvəlində 8 turdan sonra maksimum nəticə olan 24 xalla liderliyini davam etdirir. “Borussiya” isə 3 xalla sonuncu pillədədir.

ETOPAZ

Əvvəlki yazı

”Sabah”dan kəskin etiraz

Növbəti yazı

Ronaldo “950”yə çatdı