“Bavariya” Martinezdən imtina etdi
“Bavariya” qapıçı axtarışlarını davam etdirir. Lakin klub “Aston Villa”nın qolkiperi Emiliano Martinezi almaq fikrindən imtina edib.
Qapıçının İngiltərədə qalacağı gözlənilir. Zədəli Manuel Noyerin yerinə əsas namizədlər “Monako”da icarə əsasında çıxış edən Aleksandr Nübel, eləcə də Mönhenqladbax “Borussiya”sından Yann Sommerdir.