“Bavariya” “Leypsiq”in yarımmüdafiəçisini istəyir
“Bavariya” heyətini yeni oyunçu ilə gücləndirmək istəyir. Münhen klubu “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunkunu rənglərinə bağlamaq niyyətindədir.
“Bavariya”nın baş məşqçisi Yuliyan Nagelsmann “Leypsiq”də ikən 24 yaşlı futbolçu ilə çalışıb. İndi o, fransalını yenidən heyətində görmək istəyir.
Qeyd edək ki, Nkunku bu mövsüm “Leypsiq”in heyətində 48 oyunda 30 qol vurub.