“Bavariya” Keyni istəyir
“Bavariya” “Tottenhem”in hücumçusu Harri Keynin xidmətində maraqlıdır. Klub bu yay onu ala bilməsə, bir ildən sonra yenidən buna cəhd edəcək.
Münhenlilər “Spurs” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq oyunçunu gözləməyə hazırdır. Klub Keynin “Tottenhem”lə yeni sözləşmə imzalamayacağına ümid edir.