“Bavariya” Keyndən imtina edir
İngiltərə millisinin və “Tottenhem”in hücumçusu Harri Keyn bir müddətdir ki, “Bavariya”nın hədəfindədir. Lakin almaniyalılar bu transferdən vaz keçə bilər.
Münhen klubu futbolçunun keçidi üçün “Spurs”a 100 milyon avro ödəməyə hazır deyil. “Bavariya” ingiltərəlini almaqdan imtina etsə, “Mançester Yunayted” onun üçün əsas namizəd olacaq.