“Bavariya” “Barselona”nı məğlub etdi, “Brügge”dən sensasiya
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turuna start verilib. İlk oyun günündə 7 qarşılaşma baş tutub.
A qrupunda “Liverpul” “Ayaks”ı qəbul edib. Gərgin keçən görüşün sonunda sevinən tərəf mersisaydlılar olub 2:1.
B qrupunda “Bayer” “Atletiko”, “Porto” “Brügge” ilə qarşılaşıb. Almaniyada baş tutan matçda meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. “Brügge” isə sensasiyaya imza atıb. Belçikalılar səfərdə “Porto”nun qapısına 4 cavabsız qol vurub.
C qrupunda ilk oyunda “Viktoriya” “İnter”lə üz-üzə gəlib. Milan təmsilçisi görüşdən qələbə ilə ayrılıb – 2:0. Günün mərkəzi qarşılaşması “Allianz Arena”da keçirilib. “Bavariya” “Barselona”nı qəbul edib. Münhenlilər Lukas Ernandes və Leroy Sanenin qolları ilə qalib gəlib – 2:0
D qrupunda “Sportinq” “Tottenhem”i qəbul edib. Lissabonda keçirilən matçda meydan sahibləri 2 cavabsız qolla qalib. Qrupun digər matçı Fransada baş tutub. “Marsel” “Ayntraxt”la qarşılaşıb. 1 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub.