“Bavariya” 4-ə çatdı
“Bavariya” uğursuzluq zolağından çıxa bilmir. Klub ardıcıl 4-cü matçda qələbəyə həsrət qalıb.
Münxen komandası Almaniya Bundesliqasının XXIX turunda səfərdə “Maynts”a 1:3 uduzub. Hesabı ilk hissədə seneqallı Sadio Mane açsa da, fasilədən sonra meydan sahibləri 3 qol vuraraq qalib gəlib.
Bununla da “Bavariya”nın “Mançester Siti”yə Çempionlar Liqasında 1 məğlubiyyət və 1 heç-heçəsi, həmçinin ötən tur “Hofenhaym”la 1:1 hesabı ilə qələbəsiz oyunlar seriyası 4-ə çatıb.