“Bavariya” 3 il sonra ilk dəfə
“Bavariya” Çempionlar Liqasının “Vilyarreal”la 1/4 final mərhələsinin cavab görüşündə 1:1 hesablı heç-heçə edib. Bununla da Almaniya klubu turnirlə vidalaşıb.
İlk oyunda 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi avrokuboklarda mövsümü başa vurub. “Bavariya” bununla da ardıcıl ikinci qarşılaşmada qələbəyə həsrət qalıb.
Münhenlilərin Çempionlar Liqasında iki qarşılaşmada qalib gəlməməsinə sonuncu dəfə 3 il öncə təsadüf olunub. 2018/19 mövsümündə qrup mərhələsinin VI turunda “Ayaks”la (3:3, 1/8 finalın ilk matçında isə “Liverpul”la qarşılaşma (0:0) heç-heçə nəticələnib.
Qeyd edək ki, “Vilyarreal” tarixində ikinci dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.