“Bavariya” 12 nəfərlə oynadı

“Bavariya” 12 nəfərlə oynadı

Almaniya Bundesliqasının 28-ci turunun “Frayburq” – “Bavariya” oyununda (1:4) maraqlı hadisə baş verib. Münhen təmsilçisi görüşdə 12 futbolçu ilə oynayıb.

Belə ki, hadisə qonaq komandanın oyunçu dəyişikliyi etməsindən sonra baş verib. 84 və 85-ci dəqiqələrdə “Bavariya” iki dəyişiklik edib. Marsel Sabitzer Kinqsli Komanı, Niklas Süle Korentin Tolissonu əvəzləyib. Lakin Koman meydanı tərk etməyib. Beləcə “Bavariya” meydanda 12 oyunçu ilə oynayıb.

Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. Qonaqlar təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb. Bunu sonradan hiss edən referi matçı dayandırıb. Hakimlər vəziyyəti uzun müddət müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər. 

Bu qarışıqlığa isə ehtiyat hakimin elektron tabloda 11 nömrəni yox, 29 nömrəni göstərməsi səbəb olub.

ETOPAZ

Əvvəlki yazı

Benzema üçüncü yerə yüksəldi

Növbəti yazı

Tompson “Uorriors”un 7-cisidir