“Bavariya” əfsanə futbolçusunun formasını əbədiləşdirib
“Bavariya” Frans Bekenbauerin xatirəsini əbədiləşdirmək üçün qərar verib. Münhen təmsilçisi əfsanəvi müdafiəçinin geyindiyi 5 nömrəli formanı əbədiləşdirib.
Bundan sonra komandada heç kim bu formanı geyinməyəcək.
Qeyd edək ki, Frans Bekenbauer 1945-2024-cü illərdə yaşayıb. O, yetirməsi olduğu “Bavariya”nın əsas komandasında 13 il çıxış edib.