Batşuayi rəsmən “Fənərbağça”da
“Çelsi”nin belçikalı hücumçusu Mişa Batşuayi “Fənərbağça”ya keçib. Bunu Türkiyə klubunun rəsmi səhifəsi açıqlayıb.
Futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə bağlanıb. Müddətin daha bir il uzadılması da mümkündür.
London klubu təxminən 3,5 milyon avro alacaq.