Batşuayi “Fənərbaxça”dan gedir

Batşuayi “Fənərbaxça”dan gedir

“Fənərbaxça”nın futbolçusu Mişi Batşuayi Türkiyə klubundan ayrılmağa qərar verib. Belçikalı “Fənərbaxça”dakı durumundan ciddi narazıdır.

O, kifayət qədər şans qazanmadığı qənaətindədir. Mişi daha çox oynayacağı komandaya keçməyi planlaşdırdırır. Onun narazılığını anlayışla qarşılayan klub rəhbərliyi transferlə bağlı potensial müştərilərlə danışıqlara başlamağa razılıq verib.

İngiltərə və Fransadan təkliflər alan təcrübəli futbolçu “Böyük beşlik” liqalarından biri ilə müqavilə bağlamaq niyyətindədir. Batşuayinin ayrılmaq istəyindən sonra “Fənərbaxça”nın yanvarda ən az 2 futbolçu transfer edəcəyi dəqiqləşib.

ETOPAZ

Əvvəlki yazı

Jiru Blanı geridə qoydu

Növbəti yazı

Alkaras üçün debüt