Basketbolçularımız məğlub oldu

Basketbolçularımız məğlub oldu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxıb.

Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gəlib.

Yığmamız rəqibinə 34:98 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Polanski rəsmən “Borussiya”da

Növbəti yazı

Türkiyə İspaniyadan xal aldı