Basketbol federasiyasında yeni prezident

Basketbol federasiyasında yeni prezident

Azərbaycan Basketbol Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra ABF-in son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və qurum rəhbərliyinə yeni seçki keçirilib. 

Təhsil naziri Emin Əmrullayev federasiyanın yeni prezidenti seçilib. O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək. Nazir 1999-cu ilin dekabrından federasiyaya rəhbərlik edən Nadir Nəsibovu əvəzləyib.

ETOPAZ

Əvvəlki yazı

1/8 finalın təqvimi

Növbəti yazı

Muslera mövsümü bitirdi