Baş məşqçi üçün 10 milyon avro

Baş məşqçi üçün 10 milyon avro

“Nitsa”nın baş məşqçisi Kristof Qaltye PSJ-nin sükanı arxasına keçməyə yaxındır. Paris təmsilçisi 55 yaşlı mütəxəssis üçün tələb olunan vəsaiti ödəməyə razılıq verib.

Parislilər bunun üçün 10 milyon avrosundan keçməyə hazırdır. Qaltye Maurisio Poçettinonu əvəzləməlidir. Qaltyenin nitsalılarla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Zayon “Pelikans”da qalacaq

Növbəti yazı

Badosa mövqeyini itirdi