Bartra “Betis”ə dönə bilər
Mark Bartranın taleyinə aydınlıq gəlib. O, yenidən “Betis”ə dönə bilər.
Sevilya klubu 32 yaşlı ispaniyalıya 2025-ci ilə qədər müqavilə təklif edib. Sözləşmədə anlaşmanın müddətini daha bir mövsüm uzatmaq imkanı da yer alıb.
Qeyd edək ki, ispaniyalı müdafiəçi 2018-22-ci illərdə “Betis”də çıxış edib.