Barti zirvəni qorudu
Dünyanın birinci raketkası Eşli Barti reytinqdəki mövqeyini qoruyub. O, “Australian Open”dən sonra da zirvədəki yerini təmin edib.
Avstraliyalı tennisçini birinci pillədən sıxışdırmağa nəzəri şansları olan Arina Sobolenko və Barbora Kreyçikova turnirlə vidalaşıb. Barti gələn həftə ikinci yerdən 1000 xaldan çox öndə olacaq.
Bu, Eşlinin zirvədəki 113-cü həftəsi olacaq. O, bu göstəricidə 8-cidir.