“Barselona”ya dəyən zərər

“Barselona”ya dəyən zərər

İspaniya “Barselona”sı ötən mövsümün maliyyə hesabatını açıqlayıb. La Liqa təmsilçisi 2020/21 mövsümünü 481 milyon avro zərərlə başa vurub.

Klubun mövsüm ərzindəki gəlirləri 631 milyon təşkil edib. Bu, büdcədə nəzərdə tutulan rəqəmdən 828 milyon azdır.

“Barselona”nın xərcləri isə 1 milyard 113 milyona çatıb. Ümumi zərər 505, təmiz zərər isə 481 milyona bərabər olub.

2021/22 mövsümünə nikbin yanaşan klub rəhbərliyi durumun düzələcəyinə ümid edir. 765 milyonluq gəlir gözləyən “Barselona”nın mütəxəssisləri 784 milyon xərcin olacağını proqnozlaşdlrır.

e-Topaz

Əvvəlki yazı

“Bruklin”in sabiq müdafiəçisi İtaliya klubunda

Növbəti yazı

“Zirə” liderlərə şərik oldu