“Barselona”nın yeni hədəfi
“Barselona”nın transfer etmək istədiyi daha bir futbolçu bəlli olub. İspaniya klubu Toma Menyenin xidmətində maraqlıdır.
La Liqa təmsilçisi Dortmund “Borussiya”sının cinah müdafiəçisini heyətinə qatmaq istəyir. Sesar Aspilikuetanın keçidi baş tutmadığı üçün klub rəhbərliyi Menyeni ələ keçirmək niyyətindədir.
Belçikalının transfer qiyməti 6,5 milyon avrodur. 30 yaşlı futbolçu ötən mövsümün 28 oyununda 2 qol vurub.