“Barselona”nın yeni hədəfi
“Barselona” heyətinə yeni futbolçu qatmağı planlaşdırır. İspaniya nəhəngi Antonio Korderonu transfer etmək istəyir.
18 yaşlı hücumçu “Malaqa”nın formasını geyinir. Yayda transferi baş tutmayan forvard yenidən “Barselona”nın hədəfinə çevrilib. Onun transfer qiyməti 2 milyon avrodur.
Qeyd edək ki, Kordero mövsümün 17 oyununda 3 qol vurub.