“Barselona”nın yarımmüdafiəçiləri geri döndü
“Barselona”nın üç zədəli futbolçusu komanda ilə məşqlərə qoşulub. Usman Dembele, Pedri və Frenki de Yonq kollektiv çalışmaların böyük hissəsində iştirak edib.
Dembele yanvarın 28-dən oynamayıb. Pedri isə fevralın 16-da son dəfə meydana çıxıb. De Yonq martın 19-da xəsarət aldıqdan sonra komandadan ayrı düşüb.
Yarımmüdafiəçilərin növbəti matça tam hazır olacaqları dəqiqləşməyib. “Barselona” aprelin 23-də “Atletiko” ilə çempionat görüşünə çıxacaq.