“Barselona”nın vida planı

“Barselona”nın vida planı

“Barselona”nın mövsümün sonu ilə bağlı planları bəlli olub. İspaniya nəhəngi hücum xəttini yeniləmək niyyətindədir.

Klub rəhbərliyi Lük de Yonq, Martin Braytveyt və Memfis Depay “üçlüy”ü ilə vidalaşmağı planlaşdırır. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Memfis baş məşqçi Xavinin oyun sxeminə uyğun gəlmədiyindən onun mövsümün sonunda satılması nəzərdə tutulub.

Çalışdırıcı Lük de Yonqun peşəkarlığından məmnun qalsa da, fərqli profildə forvarda ehtiyac duyur. “Sevilya”dan icarəyə götürülən niderlandlının anlaşması yayda başa çatacaq. Martin isə ümumiyyətlə top səviyyəli hücumçu hesab olunmur.

Barselonalılar ön xətdə Erlinq Haland, Ferran Torres və Fati “üçlüy”ünü görmək istəyir. Amma bunun üçün Haland Dortmund “Borussiya”sından transfer olunmalı, həmçinin Fati zədələrdən qurtulmalıdır.

ETOPAZ

Əvvəlki yazı

“Real” qapıçı alır

Növbəti yazı

Buffon MLS arzusunda