“Barselona”nın ulduzları düşərgəyə qoşuldular

“Barselona”nın ulduzları düşərgəyə qoşuldular

“Barselona” düşərgəsində sevindirici hal yaşanıb. Kataloniya təmsilçisinin bir müddətdir zədəli olan aparıcı üzvləri Lamin Yamal və Rafinya da artıq srıaya dönüb.

Hər iki oyunçunun adı “Çelsi” ilə oyun üçün heyətə daxil edilib.

Rafinya La Liqada “Atletik”ə qarşı (4:0) oyunda zədələnmişdi. Yamal isə qasıq nahiyəsindəki ağrılar səbəbindən meydana çıxmırdı.

ETOPAZ

Əvvəlki yazı

Dumfrisin durumuna aydınlıq gəldi

Növbəti yazı

“Naxçıvan”da ayrılıq