“Barselona”nın Şesnı planı
“Barselona”da Voytsex Şesnının taleyinə aydınlıq gəlib. Tərəflər müqavilə müddətinin artırılması ilə bağlı danışıqlara start verib.
Klubla qapıçı arasında 1+1 illik müqavilə bağlaması gözlənilir. Kataloniya təmsilçisinin idman direktoru Deko polşalı qolkiperin meneceri ilə görüşüb. Şçesnı komandada futboldan zövq aldığını və burada qalmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, ötən mövsümün sonunda karyerasını bitirən Voytsex oktyabrda “Barselona”ya qoşulub. Klubla müqavilə müddəti yayda başa çatacaq qapıçı artıq 16 oyunda meydana çıxıb.