“Barselona”nın sabiq futbolçusu həbs edildi
“Barselona”nın sabiq futbolçusu həbs edilib. Xavi Torres danışılmış oyunlara görə azadlıqdan məhrum olunub.
2020-ci ildən davam edən məhkəmənin qərarına əsasən “Luqo”nun futbolçusu 10 aylıq həbs edilib. “Osasuna”nın sabiq rəhbərləri ilə əlbir həyata keçirdiyi cinayətlər törədən Torres həmçinin 22 ay futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum olunub.