“Barselona”nın Rafinya planı
“Barselona”nın hücumçusu Rafinya Kataloniya nəhəngi ilə yeni müqavilə imzalaya bilər. Klub rəhbərliyi braziliyalı üçün maaş artımı ilə müqavilə hazırlayır.
Müqavilə başa çatdıqdan sonra Rafinya komandanın ən yüksək maaş alan oyunçularından birinə çevriləcək. Tərəflər arasında yeni razılaşmanın 2030-cu ilin yayına qədər davam edəcəyi gözlənilir.