“Barselona”nın müdafiəçisi zədələndi
Uruqvay millisinin və İspaniya “Barselona”sının futbolçusu Ronald Arauxo zədələnib. Bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Müdafiəçi yığmanın düşərgəsində xəsarət alıb. O, DÇ-2022-nin seçmə mərhələsinin Argentina ilə görüşündə (0:3) zədələndiyi üçün 73-cü dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir.