“Barselona”nın Haverts istəyi
Almaniya millisinin və “Çelsi”nin futbolçusu Kay Haverts karyerasını İspaniyada davam etdirə bilər. Yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.
La Liqa təmsilçisi bu keçidi yayda reallaşdırmaq istəyir. Heyətində islahatlar aparacaq London klubunun bu transferə qarşı olmayacağı gözlənilir.
Qeyd edək ki, Kayın xidmətində digər İspaniya klubları da maraqlıdır.