“Barselona”nın hədəfindəki hücumçu
“Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha yayda klubunu dəyişə bilər. Onun xidmətində “Barselona” maraqlıdır.
Hücumçu özü də Kataloniya klubuna keçmək niyyətindədir. Deyilənə görə, Zaha həmişə La Liqada oynamaq arzusunda olub.