“Barselona”nı gözləyən təhlükə
“Barselona” UEFA-nın sanksiyaları ilə üzləşə bilər. İspaniya klubunu avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi gözləyir.
Buna hakimləri almaqla bağlı ittihamlar səbəb olub. UEFA qaydalarına əsasən, hansısa klub birbaşa və ya əlaqəli şəkildə oyunun nəticəsinə başqa yollarla təsir etməyə cəhdə görə avrokuboklara buraxılmır.
Qeyd edək ki, “Barselona” İspaniyada nəticələrə təsir etməsi üçün Hakimlər Komitəsinin üzvünə pul köçürmələrində ittiham olunur.