“Barselona”dan yeni rekord
“Barselona” İspaniya Superkubokunu qazanıb. Xavinin yetirmələri Səudiyyə Ərəbistanında təşkil olunan turnirin qalibi olub.
Kataloniyalılar finalda “Real”la qarşılaşıb. “El-Klasiko”da barselonalılar qalib gəlib – 3:1.
Bu, klub tarixində 14-cü Superkubokdur. “Barselona” bununla da özünün sahibi olduğu rekordu yeniləyib. “Real” 12 dəfə bu titulu qazanıb.












