“Barselona”dan vida təklifi
“Barselona” futbolçusu Jordi Alba ilə yollarını ayırmağa qərar verib. Müdafiəçiyə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam vermək təklif olunacaq.
Klub rəhbərliyi Alba ilə 2023-cü ilin yanvarında danışıqlar masasına əyləşəcək. Ona mövsümün sonunda komandadan getmək təklif ediləcək.
Əgər Alba bununla razılaşmasa, mövcud müqavilənin şərtlərini dəyişdirilməsi müzakirə olunacaq. Anlaşması 2024-cü ilin yayına qədər olan Jordi isə artıq bir neçə dəfə bu təkliflərin heç birini qəbul etməyəcəyinə eyham vurub.
Qeyd edək ki, Alba cari mövsümün 12 matçında 2 assistə imza atıb.