“Barselona”dan “Tottenhem”ə
İspaniyanın “Barselona” klubunun futbolçusu İlayş Moribanın taleyinə aydınlıq gəlib. Yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. O, “Tottenhem”lə müqavilə imzalayacaq. Yarımmüdafiəçinin London klubu ilə anlaşması 4 illik olacaq.
18 yaşlı futbolçu “Barselona” ilə yeni müqavilənin şərtlərini razılaşdıra bilmədiyi üçün La Liqa təmsilçisini tərk edəcək. İspaniya nəhəngi onun keçidi üçün 15 milyon avro qazanmağı planlaşdırır.