“Barselona”dan tələb

“Barselona”dan tələb

“Barselona” İspaniya Kral Futbol Federasiyasına müraciət edib. Klub rəhbərliyi 1937-ci ildəki çempionluğun tanınmasını istəyir.

Kataloniya təmsilçisi vətəndaş müharibəsi illərində qazanılan titulun hesaba alınması tələbini irəli sürüb. Həmin vaxt turnir Aralıq dənizi liqası adlandığından federasiya onu tanımır.

Lakin 1937-ci ildə İspaniya kubokunun “Levante”nin qazanması tanındığı üçün barselonalılar tələbi haqlı sayır.

Qeyd edək ki, Kataloniyalıların təşkil etdiyi həmin liqada “Barselona”, “Espanyol”, “Jirona”, “Valensiya”, “Levante”, “Ximnastik”, “Qranolyers” və “Atletik de kastelyon” iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

Qarnaço üçün 10 qat artım

Növbəti yazı

Konte 2-ci pillədədir