“Barselona”dan 2 rekord
La Liqanın 27-ci turunun matçları keçirilir. “Barselona” səfərdə “Elçe”yə 4:0 hesabı ilə qalib gəlib.
Bu görüş kataloniyalılar üçün əlamətdar olub. Klub bu mövsüm ölkə çempionatında 20-ci dəfə qol buraxmayıb. Bu da İspaniya çempionatının 27 turu üçün rekord göstəricidir.
Həmçinin, kataloniyalılar bu mövsüm 27 oyunda 9 qol buraxıb ki, bu da liqanın rekordudur.