“Barselona”dakı debütdə zədələndi

“Barselona”dakı debütdə zədələndi

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Alexandro Baldenin durumuna aydınlıq gəlib. Gənc müdafiəçinin qurşaq nahiyəsində problemlər yaranıb.

17 yaşlı futbolçunun bərpa prosesinə start verilib. Onun nə vaxt meydana dönəcəyi hələ dəqiqləşməyib.

Balde La Liqanın V turunun “Qranada” ilə matçında xəsarət alıb. O, 1:1 hesabı ilə başa çatan görüşün ilk yarısında əvəzlənib.

Xatırladaq ki, Balde “Barselona”nın əsas heyətində debüt edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.09.2021

Növbəti yazı

Andresku və Radukanu “Kreml kuboku”nda