“Barselona”da yeni müqavilə
Polşalı qapıçı Voyçex Şesni “Barselona” ilə müqaviləsini uzadıb. Bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər hesablanıb.
Xatırladaq ki, Şesni ötən ilin oktyabrında “Barselona”nın heyətinə qoşulub. O, ciddi zədə alan Mark-Andre ter Ştegeni əvəzləmək üçün karyerasını bərpa edib.












