“Barselona”da yeni müqavilə
“Barselona” klubu baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə bağlayıb. Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
“Barselona” almaniyalı mütəxəssislə 2026-cı ilin yayında başa çatacaq anlaşmanı daha bir il müddətinə uzadıb.
Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyulundan “Barselona”nı çalışdırır. Komanda onun rəhbərliyi altında bu mövsümdə La Liqa, ölkə kuboku və superkuboku tiltullarını qazanıb.