“Barselona”da yeni müqavilə
“Barselona” Jül Kunde ilə yeni müqavilənin müzakirəsini başa çatdırmaq üzrədir. Fransalı müdafiəçi ilə 2030-cu ilin yayına kimi razılıq əldə olunub.
Kunde ilə klub arasındakı hazırki müqavilə 2027-ci ildə bitəcək. Kataloniyalılar onun çıxışında razıdırlar. Yeni razılaşmaya görə futbolçunun məvacibində artım gözlənilir.
Qeyd edək ki, Jül bu mövsümdə bütün turnirləd 43 oyunda 3 qol və 8 ötürmə ilə yadda qalıb.