“Barselona”da yeni müqavilə
“Barselona” Pau Kubarsi ilə müqaviləni yeniləyib. Bu barədə Kataloniya klubundan açıqlama yayılıb.
Tərəflər arasındakı yeni razılaşma 2029-cu il iyunun sonuna kimi nəzərdə tutulub. “Barselona”nın açıqlamasında klubun La Masianın gənc istedadlarını üstünlük verdiyi və Kubarsinin 18 yaşı olmasına baxmayaraq əsas komandada 60 oyun keçirdiyi bildirilib.