“Barselona”da Rafinya problemi

“Barselona”da Rafinya problemi

“Barselona” braziliyalı vingeri Rafinya ilə hələ də yeni müqavilə imzalaya bilməyib. 28 yaşlı futbolçu müqavilədəki şərtlərlə razı deyil. 

Rafinya yeni müqavilənin müddətindən və maaşının az olmasından narazıdır.

“Barsa” oyunçuya 1+1 illik müqavilə təklif edir, braziliyalı isə 2 illik sözləşmə imzalamaq istəyir.

Yarımmüdafiəçi ilə “blauqrana” arasında mövcud müqavilə 2027-ci ildə başa çatacaq. Rafinya bu mövsüm “Barselona”da 49 matçda iştirak edib, 30 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. 

ETOPAZ

Əvvəlki yazı

Sane qərarını verdi

Növbəti yazı

La Liqanı tərk edən iki klub bəlli oldu