“Barselona”da Olmo və Viktor qərarı

“Barselona”da Olmo və Viktor qərarı

“Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo və hücumçusu Pau Viktor qeydiyyatdan imtina ilə bağlı ilkin qərara baxmayaraq, İspaniya çempionatında mövsümün ikinci hissəsi üçün müvəqqəti qeydiyyatdan keçiblər.

İspaniya Ali İdman Şurası (CSD) “Barselona”nın apellyasiya şikayətinə məhkəmədə baxılanadək adları çəkilən futbolçuların müvəqqəti olaraq La Liqa, İspaniya kuboku və Superkubok oyunlarında heyətə daxil edilməsinə icazə verib.

Qeyd edək ki, yanvarın əvvəlində La Liqa və İspaniya Kral Futbol Federasiyası “Barselona”nın iki oyunçusunu cari mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirməkdən imtina etmişdilər.

ETOPAZ

Əvvəlki yazı

Potter “Vest Hem”də

Növbəti yazı

“Şamaxı”dan yeni transfer